Avtobus sürücüsü sükan arxasında öldü

avtobus-surucusu-sukan-arxasinda-oldu
Oxunma sayı: 2628

Gəncədə avtobus sürücüsü sükan arxasında ölüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospekti qeydə alınıb.

Belə ki, 9 nömrəli xətt üzrə hərəkət edən marşrut avtobusunun sürücüsü, 1958-ci il təvəllüdlü Orucov İlqar özünü narahat hiss edərək avtobusu saxlayıb.

Daha sonra o, sükan arxasında infarkt keçirərək vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Amin Nəzərli