Avtomobil 74 yaşlı qadını vurub öldürdü

avtomobil-74-yasli-qadini-vurub-oldurdu
Oxunma sayı: 1590

Bu gün saat 10 radələrində Qəbələ şəhəri ərazisində ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, İlham Balakişiyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən 74 yaşlı piyada Vəzuhə Əzməmmədovanı vurub.

Ağır xəsarətlər alan qadın hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.