AXCP Naxçıvanla bağlı bəyanat verdi

axcp-naxcivanla-bagli-beyanat-verdi
Oxunma sayı: 638

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan bəyanatda deyilir: “Ötən şənbə, iyulun 15-də Naxçıvan Muxtar Respublikasında peşə fəaliyyəti zamanı Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun müxbiri Elman Abbasov və “Turan” İnformasiya Agentliyinin müxbiri İlqar Nəsibova Şərur Rayon Polis şöbəsinin əməkdaşlarının hücum edib. Jurnalistlər döyülüb, video kameraları, fotoaparatları zorla əllərindən alınıb və çəkilişləri silinib.

AXCP Naxçıvan Muxtar Respublikasında söz azadlığına qarşı artıq silsilə halını alan bu cür vəhşilikdən hiddətəndiyini ifadə edir.”

Bu halı xalqa zidd siyasət və onun tərkib hissəsi kimi qiymətləndirən partiya hakimiyyətdən xalq qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyi tələb edir: “AXCP Azərbaycan hakimiyyətinə bir daha azad fikirli insanlara qarşı zorakı davranışın qanunsuz və sivil dünya dəyərlərindən uzaq olduğunu dərk edilərək vətəndaşların özünü ifadə formalarına normal şərait yaradılsın”.