Aya ayaq basan ikinci insan 93 yaşında evləndi

aya-ayaq-basan-ikinci-insan-93-yasinda-evlendi
Oxunma sayı: 8633

Aya ayaq basan ikinci insan olan Buzz Oldrin 93 yaşında evlənib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Oldrin özündən 30 yaş kiçik sevgilisi ilə nikah masasına əyləşib. 

Belə ki, o, toy mərasimini ad günü ilə eyni vaxta salıb.

Kosmonavt bundan əvvəl də 4 dəfə ailə həyatı qurub.

Qeyd edək ki, NASA-nın keçmiş kosmonavtı Oldrin 1969-cu ildə Neil Armstronqla birlikdə Aya ilk kosmik uçuşda iştirak edib.