“Ayaks”ın məşhur hücumçusu “Qarabağ”a qarşı oynamayacaq?

ayaksin-meshur-hucumcusu-qarabaga-qarsi-oynamayacaq
Oxunma sayı: 469

“Ayaks”ın futbolçuları Kennet Teylor və Vaut Veqhorst UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda “Qarabağ”la Bakıdakı oyunu buraxa bilərlər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Fred Qrim öz açıqlamasında bildirib. O, 23 yaşlı yarımmüdafiəçi Teylorun meydana çıxıb-çıxmamağının həkimlərin qərarından asılı olacağını bildirib.

“Ayaks”ın aparıcı hücumçusu Vaut Veqhorst da zədəlidir. 33 yaşlı forvardın da Ağdam təmsilçisinə qarşı oynamağı sual altındadır.

Qeyd edək ki, dekabrın 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” - “Ayaks” görüşü saat 21:45-də başlayacaq.