Ərdoğan Tokayevi qəbul etdi

erdogan-tokayevi-qebul-etdi
Oxunma sayı: 149

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə Prezident İqamətgahında görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Məlumata görə, görüşdə iki ölkə arasında ikitərəfli əlaqələr, habelə regional və qlobal məsələlər müzakirə olunub.

Prezident Ərdoğan Türkiyə ilə Qazaxıstanın Genişləndirilmiş Strateji Tərəfdaşlıq səviyyəsindəki münasibətlərini ticarət, sərmayə, enerji, nəqliyyat və müdafiə sənayesi başda olmaqla hər sahədə daha da irəliyə aparacaq addımlarla gücləndirəcəklərini bildirib.

Dövlət başçısı Türkiyənin Türk Dövlətləri Təşkilatına (TDT) sədrliyi dövründə quruma töhfə verəcək həmlələr üçün səy göstərəcəyini, Qazaxıstanla bu məsələdə yaxından həmrəyliyin davam etdiriləcəyini qeyd edib.

Ərdoğan, həmçinin Tokayevi Antalyada keçiriləcək COP31 Liderlər Sammitinə dəvət edib.