“Bacımın ayaqları soyuqdan göyərmişdi, fenlə isitdim” - Video

bacimin-ayaqlari-soyuqdan-goyermisdi-fenle-isitdim
Oxunma sayı: 4718

Müğənni Aynur Dadaşova bacısı Günel Dadaşovanın ölüm anından danışıb.

“Qafqazinfo” xəbər verir ki, “O üz” proqramında qonaq olan ifaçı göz yaşlarına hakim ola bilməyib:

“Mənə dedi ki, gedək pəncərənin önündə söhbət edək. Sənə sual verəcəyəm, amma düzgün cavab ver, məni aldatma, çünki yutubda hər şeyə baxmışam. Ardınca sual verdi ki, ölüm necə olur? Dedim ki, sənin qəbrin evindir. Sol tərəfə baxdı, gözündən yaş süzüldü, amma məndən gizlətdi. Xahiş etdi ki, stolunu qibləyə çevirim. Əyləşdi, dedi ki, günəşin şüası məni vursun. Oktyabr ayı idi, günəş şüası ona vururdu, dedi ki, nə gözəl istidir, gözlərini yumdu. Nə bilərdim ki, səhər sübh vaxtı dünyasını dəyişəcək. Belə halları çox olurdu. Dəyişirdi, sonra təkrar düzəlirdi.

O heç vaxt adyalla yatmazdı, ürəyi çox sıxılırdı. Divanda yatmışdı, mən də yanında əyləşmişdim. Qalın yorğana bürünmüşdü. Leylanı çağırıb soruşdum ki, anan həmişə belə yatır? Dedi ki, yox. Düşündüm ki, bəlkə ona soyuqdur, üşüyür. Ayaqlarına baxanda gördüm ki, soyuqdan göyərib, buz kimi idi. Feni gətirib ayaqlarını isidəndə ayıldı ki, nə edirsən? Dedim, bacı, ayaqların çox soyuqdur. Bəlkə də Allah elə elədi ki, sübh vaxtı rəhmətə getsin. Səhər 5 radələrində azan vaxtı dünyasını dəyişdi”.