Aydın İbrahimov dəfn olundu

aydin-ibrahimov-defn-olundu
Oxunma sayı: 3447

Sentyabrın 2-də koronavirusdan dünyasını dəyişən “Neftçi” klubunun ilk prezidenti Aydın İbrahimov dəfn olunub.

“Qafqazinfo” xəbər verir ki, o, Bakının “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Azərbaycan Güləş Federasiyası, Müdafiə Sənayesi Nazirliyi və digər qurumların rəsmi şəxsləri iştirak edib.

Qeyd edək ki, Aydın İbrahimov 1988-1997-ci illərdə "Neftçi" Peşəkar Futbol Klubuna rəhbərlik edib. O, sərbəst güləş üzrə dünya, Avropa, SSRİ çempionu, Olimpiya oyunlarının mükafatçısı, SSRİ idman ustası və SSRİ-nin əməkdar məşqçisi olub, prezident təqaüdçüsü idi.

Allah rəhmət eləsin!