Aygün Səmədzadə və ailəsi - Fotosessiya

aygun-semedzade-ve-ailesi-fotosessiya
Oxunma sayı: 13544

Sevilən mahnıların müəllifi, tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Aygün Səmədzadə 1967-ci il yanvarın 11-də Bakıda ziyalı ailəsində dünyaya gəlib. Atası Milli Məclisin İqtisadiyyat komitəsinin sədri, millət vəkili Ziyad Səmədzadənin üç övladından biridir. Anası Firuzə Səmədzadə uşaq həkimi olub. 2009-cu ildə Firuzə xanımın 67 yaşında vəfatı ailə üçün ağır itki oldu. Bacısı Aytən Səmədzadə həkim və eyni zamanda “İqtisadiyyat” qəzetinin baş redaktorudur, qardaşı Elşad Səmədzadə isə iqtisadçı-alimdir.

Ailəli olan Aygün Səmədzadənin iki övladı var. Qızı 24 yaşlı Ülkər Mir Bağırlı Sənayə və Energetika Nazirliyində çalışır. Həmçinin həvəskar fotoqrafdır.

Oğlu 19 yaşlı MirCəfər Bağırov İstanbulun Mərmərə Universitetində təhsil alıb.

Ailə ev heyvanları həvəskarıdır.

Nigar Məmmədli