“Ayxan” ticarət mərkəzində yanğın olub - Video-Yenilənib

ayxan-ticaret-merkezinde-yangin-olub
Oxunma sayı: 3090

Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən “Ayxan” ticarət mərkəzində yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, səhər saatlarında mərkəzdə yanğın başlayıb.

Hadisə yerinə 5 yanğınsöndürmə briqadası cəlb olunub. Bildirilib ki, yanğın ticarət mərkəzinin arxa hissəsindəki anbarda başlayıb.

Hazırda yanğın söndürülüb.

***

FHN hadisə barədə məlumat yayıb. Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Zabrat qəsəbəsi ərazisində marketdə yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğın nəticəsində, ilkin hesablamaya əsasən, marketin 700kv.m. sahədə anbarı yanıb.

Yanğın zamanı anbarın içərisindəki ərzaq malları yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə çıxarılıb.

Bitişik ümumi sahəsi 1100kv.m. olan ikimərtəbəli anbar yanğından mühafizə olunub.