Azadlıq Meydanındakı yeraltı dayanacaq 1 həftə bağlı olacaq

azadliq-meydanindaki-yeralti-dayanacaq-1-hefte-bagli-olacaq
Oxunma sayı: 1104

8 Noyabr – Zəfər Günü paytaxtda təşkil ediləcək paradla əlaqədar Azadlıq Meydanındakı yeraltı avtodayanacağın fəaliyyəti müvəqqəti dayandırılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, noyabrın 3-dən 9-dək Zəfər paradına hazırlıq müddətində və bayram günündə yeraltı dayanacaq fəaliyyət göstərməyəcək.