Bu il sentyabrın 1-dən Polşa məktəblərində şagirdlərə mobil telefondan istifadə qadağan ediləcək.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin təhsil naziri Barbara Novaçka bildirib.
Onun sözlərinə görə, uşaqlar müəllimin icazəsi ilə məktəbdə telefondan istifadə edə biləcəklər.
“Tədris prosesi və müəllimin qərarı əsasında istisna edilə bilər, lakin bu, norma ola bilməz, çünki uşaqların internetdən nə qədər asılı olduğunu görürük”, - Novaçka qeyd edib.
Son xəbərlər
Son Xəbərlər