Azər Bağırov Ohori ilə bağlı iddialara aydınlıq gətirdi

azer-bagirov-ohori-ile-bagli-iddialara-aydinliq-getirdi
Oxunma sayı: 426

“Kəpəz”in baş məşqçisi Azər Bağırov komandanın yaponiyalı legioneri Ryonosuke Ohori ətrafında yaranan qalmaqaldan danışıb.

“Qafqazinfo” xəbər verir ki, “Sumqayıt” üzərində qazanılan 3:0 hesablı qələbədən sonra mütəxəssis Ohorinin “Neftçi” ilə oyunda qəsdən iştirak etməməsi barədə yayılan iddiaları təkzib edib.

Belə ki, futbolçunun müqavilə ilə “Neftçi”yə məxsus olması və məhz həmin oyunda meydana çıxmaması azarkeşlər arasında şübhələrə yol açmışdı.

O bildirib ki, futbolçunun oynamamasının səbəbi gözündə olan problemlə bağlı olub:

“Ohorini həkimə özüm aparmışdım. Məndə onun müayinə qəbzləri də var. Bunu mətbuata göstərmək üçün demirəm, Bakıya getdikdə kim istəsə, sənədləri ona göstərə bilərəm”.