“Azərbaycan buna hazır olduğunu dəfələrlə vurğulayıb”

azerbaycan-buna-hazir-oldugunu-defelerle-vurgulayib
Oxunma sayı: 1031

“30 ilə yaxındır davam edən “Dağlıq Qarabağ münaqişəsi” başa çatıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclasında çıxışı zamanı deyib.

Nazir bildirib ki, münaqişənin bitməsi ilə Azərbaycan, işğaldan azad edilmiş ərazilərdə fəal şəkildə genişmiqyaslı quruculuq işlərinə başlayıb:

“İşğalın izləri aradan qaldırılır və normal həyata qayıtmaq istiqamətində addımlar uğurla davam edir.

ATƏT münaqişədən sonrakı reabilitasiya sahəsində öz təcrübəsi və mövcud alətləri ilə bu prosesə töhfə verə bilər.

Münaqişənin sona çatması həm Ermənistan, həm də Azərbaycan üçün bir-birinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət əsasında irəliləmək üçün unikal imkan yaradıb. 

Azərbaycan buna hazır olduğunu dəfələrlə vurğulayıb və münaqişə başa çatdıqdan dərhal sonra bu xüsusda bir sıra birtərəfli praktiki addımlar atıb. Ermənistan isə hələlik buna qarşılıq verməyib”.