Bu gün Yerusəlimdə İsrail və Azərbaycan arasında süni intellekt üzrə anlaşma memorandumu imzalanıb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “Times of Israel” məlumat yayıb.
Məlumata görə, sənədi Azərbaycan tərəfdən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, İsrail tərəfdən isə Milli Süni İntellektual Qərargahın rəhbəri Erez Eskel imzalayıb.
Mərasimdə İsrailin Baş naziri Benyamin Netanyahu da iştirak edib.
Müqavilə bir neçə əsas sahəni əhatə edir: superkompüter infrastrukturunun inkişafı, AI-nin tibb, nəqliyyat, təhsil və digər mülki sektorlarda tətbiqi, mütəxəssislərin hazırlanması və birgə elmi tədqiqatlar.
Netanyahunun qeyd etdiyi kimi, belə bir tərəfdaşlıq hər iki ölkəyə bu sürətlə inkişaf edən sektorda daha çox nailiyyətlər əldə etməyə kömək edəcək.
Son xəbərlər
Son Xəbərlər