“Azərbaycan mənim vətənimdir” - Nikolay Boqdanov

azerbaycan-menim-vetenimdir
Oxunma sayı: 709

“ “Neftçi”nin yubileyinə gəlmək mənim üçün xalqımızın Novruz bayramı kimidi. Öz vətəninə necə getmək olar?! Ən gözəl hisslərlə, ən gözəl təəssüratlarla”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri "Neftçi”nin veteran futbolçusu Nikolay Boqdanov klubun rəsmi saytına açıqlama verib. Ukraynanın paytaxtı Kiyevdən "Neftçi”nin 80 illik yubileyi ilə bağlı martın 30-da Bakıda keçiriləcək tədbirə dəvət olunmuş 1966-cı ilin bürünc mükafatçısı sevincini belə ifadə edib:

“Azərbaycan mənim vətənimdir. Vətənim mənə yaşamağı, futbol oynamağı öyrədib. Bütün bunlar mənim üçün hər şeydi. Bir vaxtlar çiyin-çiyinə oynadığım komanda yoldaşlarımla yenidən görüşmək istərdim. Hamımız üçün çox böyük bayram olacaq. Bizə gözəl anları yaşadan klub rəhbərliyinə minnətdaram. İnanıram ki, belə bir gündə azarkeşlər tribunanı dolduracaqlar”.