Azərbaycan millisi 1/8 finala vəsiqəni təmin etdi - DÇ-2023

azerbaycan-millisi-18-finala-vesiqeni-temin-etdi
Oxunma sayı: 6429

Bu gün minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında növbəti oyununu keçirib.

“Qafqazinfo” xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu yığmamız Misirlə üz-üzə gəlib.

Matç komandamızın 4:1 hesablı qələbəsi ilə bitib. Qolları Rəvan Kərimov (2), Seymur Məmmədov və Təmkin Xəlilzadə vurublar. Bu qələbə sayəsində xallarının sayını 6-ya çatdıran Azərbaycan millisi son turun nəticələrindən asılı olmayaraq həm qrup birinciliyini, həm də 1/8 finala vəsiqəni təmin edib.

Qrupdakı digər matçda heç-heçə qeydə alınıb - İraq - Küveyt - 5:5. 

Qeyd edək ki, Azərbaycan millisi qrupdakı son matçında oktyabrın 31-də Küveytlə üz-üzə gələcək.