“Azərbaycan millisində oynamaq arzum idi” - Braziliyalı futbolçu

azerbaycan-millisinde-oynamaq-arzum-idi
Oxunma sayı: 671

“Qəbələ”nin sabiq braziliyalı yarımmüdafiəçisi Dodo vətənində verdiyi müsahibədə Azərbaycandakı günlərini xatırlayıb. “Qafqazinfo” xəbər verir ki, o, millimizdə çıxış etmək üzrə olduğunu, lakin həmin ərəfədə komandadan ayrıldığını bildirib: 

“Mən 5 il idi ki, Azərbaycanda idim. Düşünürdüm ki, artıq bu ölkənin milli komandasında çıxış edəcəm. Bu mənim üçün yuxu kimi idi, aruzm idi. İnsanlar da tez-tez soruşurdu ki, millimiz üçün oynamağa hazırsan? Amma sonra oradan ayrıldım və Yunanıstana gəldim”.