Azərbaycan millisində serbiyalı baş məşqçi

azerbaycan-millisinde-serbiyali-bas-mesqci
Oxunma sayı: 1686

Basketbol üzrə kişilərdən ibarət yığma komandaya yeni baş məşqçi təyin olunub.

“Qafqazinfo” xəbər verir ki, bundan sonra bu postu serbiyalı mütəxəssis Aleksandar Trifunoviç tutacaq. Ona köməkçi məşqçi qismində litvalı Aurimas Jasilionis yardımçı olacaq. 

Qeyd edək ki, baş məşqçi ilkin mərhələdə komandaya müəyyən şərtlər altında qəbul olunub. Qarşıya qoyulan ən mühüm şərtlərdən birincisi 28 iyun - 3 iyul Maltada keçiriləcək kiçik ölkələr arasında Avropa çempionatının C diviziyonunda millimizin göstərəcəyi nəticə olacaq. Bu və digər bir neçə  nəticə bəlli olduqdan sonra məşqçi ilə müqavilənin uzadılması və ya xitam verilməsi məsələsinə baxılacaq. 

Xüsəsən qeyd etmək lazımdır ki, yığma komandamızın sabiq baş məşqçisi Samit Nuruzadə əsas millimizə dəstək göstərməkdə davam edəcək. Nuruzadə burada məsləhətçi vəzifəsini icra edəcək. 

Aurimas Jasilionis