Azərbaycan millisinin potensial rəqibləri bəlli oldu

azerbaycan-millisinin-potensial-reqibleri-belli-oldu
Oxunma sayı: 3193

Azərbaycan millisinin Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək minifutbol üzrə Avropa çempionatında potensial rəqibləri bəlli olub.

“Qafqazinfo” xəbər verir ki, püşkatma aprelin 4-də keçiriləcək. Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv püşkatmada birinci səbətdə yer alacaq:

1-ci səbət: Bosniya və Herseqovina, Rumıniya, Bolqarıstan, Qazaxıstan, Azərbaycan, Slovakiya.

2-ci səbət: Macarıstan, Çexiya, Fransa, Serbiya, Ukrayna, Monteneqro.

3-cü səbət: İngiltərə, Gürcüstan, İtaliya, Polşa, İspaniya, Sloveniya.

4-cü səbət: Portuqaliya, Albaniya, Yunanıstan, Avstriya, Türkiyə, Xorvatiya.

Əlavə edək ki, qitənin əsas turniri iyunun 1-9 arasında Sarayevoda olacaq.