Azərbaycan Paralimpiya Oyunlarına daha bir lisenziya qazandı

azerbaycan-paralimpiya-oyunlarina-daha-bir-lisenziya-qazandi
Oxunma sayı: 879

Milli Paralimpiya komandası Tokio 2020 Yay Paralimpiya Oyunlarına 36-cı lisenziyanı əldə edib.

“Qafqazinfo” xəbər verir ki, atletika idman növü üzrə milli komandasının üzvü Orxan Qasımov reytinq xalları qazandıran yarışlarda yüksək nəticələr göstərərək ölkəmizə növbəti 36-cı lisenziyanı qazandırdı.

Bu günə qədər Milli Paralimpiya Komitəsinin idmançıları Tokio 2020 Yay Paralimpiya Oyunlarına 12-i atletika, 11-i cüdo, 4-ü parataekvando, 4-ü pauerliftinq, 3-ü üzgüçülük və 2-si güllə atıcılığı olmaqla artıq 36 lisenziya əldə ediblər və bu rekord göstəricidir.