Azərbaycan səfirliyinə hücum edən şəxsin cəzası bəlli oldu

azerbaycan-sefirliyine-hucum-eden-sexsin-cezasi-belli-oldu
Oxunma sayı: 9215

Azərbaycanın Fransadakı səfirliyinə hücum edən şəxsin cəzası bəlli olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkəmizin Fransadakı səfiri Leyla Abdullayeva tviter hesabında paylaşım edib.

Onun sözlərinə görə, həmin şəxsə 6 ay şərti həbs. Bundan başqa o, dəymiş ziyanı da ödəyəcək.

Qeyd edək ki, sözügedən hadisə ötən ilin sentyabrında baş vermişdi.