Azərbaycan-Ukrayna Alyansı Oleq Krapivini mükafatlandırdı

azerbaycan-ukrayna-alyansi-oleq-krapivini-mukafatlandirdi
Oxunma sayı: 1797

"Azərbaycan-Ukrayna" Beynəlxalq Alyansı Azərbaycanın və SSRİ-nin Əməkdar məşqçisi, veteranlar arasında Dünya çempionu və Kiyev Azərbaycanlıları Konqresinin rəhbəri Oleq Krapivinə Qızıl medal təqdim edib.

“Qaffqazinfo” xəbər verir ki, Alyansın sədri Elmar Məmmədov vesti.az-a bildirib ki, O. Krapivin bu mükafata 44 günlük Vətən Müharibəsi zamanı yaralılara və şəhid ailələrinə maddi yardıma görə layiq görülüb.

“Sevindirici haldır ki, görkəmli idmançı Oleq Krapivin Azərbaycan əsilli olduğunu unutmur və Ukraynada yaşadığı uzun illər ərzində Azərbaycan diasporunun inkişafı və dəstəyi üçün çox işlər görüb", - deyə Məmmədov bildirib.

Qeyd edək ki, O.Krapivin eyni zamanda Ukrayna Azərbaycanlıları Radasının həmtəsisçilərindən biridir.