Azərbaycan və Türkiyə boksçularının görüşündə duyğulu anlar - Video

azerbaycan-ve-turkiye-bokscularinin-gorusunde-duygulu-anlar
Oxunma sayı: 7815

Rumıniyada boks üzrə yeniyetmələr arasında keçirilən Avropa çempionatında maraqlı anlar yaşanıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu Azərbaycan və Türkiyə boksçularının görüşündə qeydə alınıb.

Belə ki, təmsilçimiz Sübhan Babayev türkiyəli rəqibi ilə görüşdə onu məğlub edib.

Görüş başa çatdıqdan sonra isə Azərbaycan təmsilçisi türkiyəli rəqibinin formasındakı bayrağı öpüb. Türkiyəli rəqibi də ona eyni qarşılığı verib.

Bu hadisə zalda çoşqu ilə qarşılanıb.

Həmin anın görüntülərini təqdim edirik:

Elsevər Məmməd