Azərbaycan XİN-dən İrandakı terrorla bağlı açıqlama

azerbaycan-xin-den-irandaki-terrorla-bagli-aciqlama
Oxunma sayı: 643

İran Islam Respublikasında törədilmiş terror aktları ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyi münasibət bildirib. 

“Qafqazinfo” xəbər verir ki, XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev İranda törədilmiş qanlı terror aktlarını qəti şəkildə qınadığını qeyd edib:

“Bu terror aktları nəticəsində həlak olanların ailələrinə, bütün İran xalqına və Hökumətinə dərin hüznlə başsağlığı veririk. Yaralanan və xəsarət alanların tezliklə şəfa tapmasını diləyirik.
 
Terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə pisləyir. Azərbaycan Respublikası terrorizmə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səylərini qətiyyətlə dəstəkləyir”.