Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi

azerbaycan-xin-turkiyeye-bassagligi-verdi
Oxunma sayı: 1331

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) İdlibdə Türkiyənin 33 hərbçisinin şəhid olması ilə bağlı başsağlığı verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə nazirliyin tvitter səhifəsində məlumat verilib:

“İdlibdə Türkiyə əsgərlərinin şəhid olması xəbəri bizi dərindən kədərləndirdi. Şəhidlərə Allahdan rəhmət diləyir, onların ailələrinə və bütün Türkiyə xalqına başsağlığı veririk. Başın sağ olsun, Kardeş Türkiye!”.