Azərbaycanda 158 mindən çox işçinin evdən çıxma icazəsi təsdiqləndi

azerbaycanda-158-minden-cox-iscinin-evden-cixma-icazesi-tesdiqlendi
Oxunma sayı: 5677

Xüsusi karantin rejimində hərəkətinə icazə verilməsi üçün “icaze.e-gov.az” portalı vasitəsilə qeydiyyatdan keçən dövlət qurumları və özəl təşkilatların əməkdaşlarının bu günə olan sayı açıqlanıb.

Bu barədə "Qafqazinfo"ya Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, sistemin fəaliyyətə başladığı ilk gündə 11 min 986 qurumun 158 min 170 əməkdaşının icazəsi təsdiqlənib.

Qeyd edək ki, prosesə 3 aprel saat 10:00-da başlanılıb.