Azərbaycanda 40 yaşlı cəmi bir icra başçısı var - Araşdırma

azerbaycanda-40-yasli-cemi-bir-icra-bascisi-var-arasdirma-
Oxunma sayı: 12488

“Qafqazinfo” Azərbaycanda İcra Hakimiyyəti başçılarının yaş həddini araşdırıb. Araşdırma zamanı bəlli olub ki, icra başçıları daha çox 50-60 yaş arasında olan məmurlardır. Onların içərisində ən yaşlısı Xaçmaz Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Şəmsəddin Xanbabayevdir. Onun 73 yaşı var. Ən az yaşa sahib olan isə Qəbələ RİH-nin başçısı Səbuhi Abdullayev və Naftalan RİH-nin başçısı Natiq Aslanovdur . S.Abdullayevin 40, N.Aslanovun isə 36 yaşı var. Qeyd edək ki, “Qafqazinfo” məlumatları Rayon İcra Hakimiyyətlərinin rəsmi saytından götürüb.

Beləliklə təfərrüata varamadan icra başçılarını və onların təvəllüdlərini tədim edirik:

1. Bakı Şəhər İcra Hakimiyyətinin (İH) başçısı – Hacıbala Abutalıbov (13 may 1944-cü il) 68 yaş
2. Sumqayıt Şəhər İH başçısı – Eldar Əzizov (28 iyun 1957-ci il) 55 yaş
3. Abşeron İH başçısı- Zakir Fərəcov (3 fevral 1954-cü il)58 yaş
4. Ağdam İcra Hakimiyyətinin (RİH) başçısı- Nizami Sadıqov (12 aprel 1950-ci il) 62 yaş
5. Ağdaş RİH-nin başçısı- Tofiq İbrahimov (1 yanvar 1954-cü il) 58 yaş
6. Ağcabədi RİH-nin başçısı- Şahin Məmmədov (! Yanvar 1959-cu il) 53 yaş
7. Ağstafa RİH-nin başçısı - Məhərrəm Quliyev (13 aprel 1968-ci il) 44 yaş
8. Ağsu RİH-nin başçısı - Ənvər Seyidəliyev (1950-ci il) 62 yaş
9. Astara RİH-nin başçısı- Qəzənfər Ağayev ( 2noyabr 1961-ci il) 51 yaş
11. Balakən RİH-nin başçısı- İslam Rzayev (1965-ci il) 47 yaş
12. Bərdə RİH-nin başçısı - Vidadi İsayev (1959-cu il) 53 yaş
13. Beyləqan RİH-nin başçısı- Vaqif Abdullayev (16 oktyabr 1956-cı il) 56 yaş
14. Biləsuvar RİH-nin başçısı- Mahir Quliyev (28 noyabr 1958-ci il) 54 yaş
15. Cəbrayıl RİH-nin başçısı- Mahmud Quliyev (22 iyul 1952-ci il) 60 yaş
16. Cəlilabad RİH-nin başçısı- Əziz Əzizov (9 dekabr 1963-cü il) 49 yaş
18. Daşkəsən RİH-nin başçısı- Əhəd Abıyev ( 15 yanvar 1958-ci il) 54 yaş
19. Füzuli RİH-nin başçısı - Alı Alıyev (1955-ci il) 57 yaş
20. Gədəbəy RİH-nin başçısı- Ramiz Yediyarov ( 31 may 1966-cı il) 46 yaş
21. Goranboy RİH-nin başçısı- Nizaməddin Quliyev (1 sentyabr 1954-cü il) 58 yaş
22. Göyçay RİH-nin başçısı- Mənsur Məmmədov (20 aprel 1965-ci il) 47 yaş
23. Göygöl RİH-nin başçısı- Arif Seyidov (29 iyun 1957-ci il) 55 yaş
24. Hacıqabul RİH-nin başçısı- Əhməd Muxtarov (5 fevral 1951-ci il) 61 yaş
25. Xaçmaz RİH-nin başçısı- Şəmsəddin Xanbabayev (1 aprel 1939-cu il) 73 yaş
26. Xızı RİH-nin başçısı- Xəzər Aslanov (6 iyun 1970-ci il) 42 yaş
27. Xocalı RİH-nin başçısı- Şahmar Usubov (4 avqust 1953- cü il) 59 yaş
28. Xocavənd RİH-nin başçısı- Eyvaz Hüseynov (15 fevral 1959-cu il) 53 yaş
29. İmişli RİH-nin başçısı Vilyam Hacıyev (10 avqust 1957 -ci il) 55 yaş
30. İsmayıllı RİH-nin başçısı- Nizami Ələkbərov (2 iyun 1952-ci il) 60 yaş
31. Kəlbəcər RİH-nin başçısı- Vidadi Məhərrəmov (1947-ci il) 65 yaş
32. Kürdəmir RİH-nin başçısı- İrşad Əliyev (1944-cü il) 68 yaş
33. Qəbələ RİH-nin başçısı-Səbuhi Abdullayev (30 aprel 1972) 40 yaş
34. Qax RİH-nin başçısı - Musa Şəkiliyev (23 sentyabr 1959-cü il) 53 yaş
35. Qazax RİH-nin başçısı- Ayaz Əsgərov (1964-cü il) 48 yaş
36. Qobustan RİH-nin başçısı - Adil Məmmədov (15 aprel 1952-ci il) 60 yaş
37. Quba RİH-nin başçısı - Mübariz Ağayev (1 sentyabr 1953-cü il) 59 yaş
38. Qubadlı RİH-nin başçısı – Malik İsaqov (26 sentyabr 1953-cü il) 59 yaş
39. Qusar RİH-nin başçısı – Şair Alxasov (1958-ci il) 54 yaş
40. Laçın RİH-nin başçısı- Ramiz Cəbrayılov (1961-ci il) 51 yaş
41. Lənkəran RİH-nin başçısı - Taleh Qaraşov (20 may 1959-cu il) 53 yaş
42. Lerik RİH-nin başçısı Rövşən Bağırov (1966-cı il) 46 yaş
43. Masallı RİH-nin başçısı- Rafil Hüseynov (14 aprel 1953-cü il) 59 yaş
44. Mingəçevir RİH-nin başçısı - Niyazi Bayramov (1956-cı il) 56 yaş
45. Neftçala RİH-nin başçısı İsmayıl Vəliyev (31 oktyabr 1959-cu il) 53 yaş
46. Oğuz RİH-nin başçısı - Eyvaz Qurbanov (14 fevral 1963) 49 yaş
47. Saatlı RİH-nin başçısı Siraqəddin Cabbarov (15 dekabr 1959-cu il) 53 yaş
48. Sabirabad RİH-nin başçısı- Nazim İsmayılov (24 iyul 1952-ci il) 60 yaş
49. Salyan RİH-nin başçısı - Tahir Kərimov (1961-ci il) 51 yaş
50. Samux RİH-nin başçısı – Alı Qocayev (27 iyul 1947-ci il) 65 yaş
51. Şabran RİH-nin başçısı- Novruz Novruzov 1( 2 may 1954-cü il) 58 yaş
52. Şəki RİH-nin başçısı - Elxan Usubov (26 may 1960-cı il) 52 yaş
53. Şamaxı RİH-nin başçısı- Asif Məmmədov (1962-ci il) 50 yaş
54. Şəmkir RİH-nin başçısı- Nazim Veysov (10 avqust 1950-ci il) 62 yaş
55. Şirvan RİH-nin başçısı Mərdan Camalov (27 may 1956-cı il) 56 yaş
56. Şuşa RİH-nin başçısı - Bayram Səfərov (1951-ci il) 61 yaş
57. Siyəzən RİH-nin başçısı- Arif Qasımov (12 mart 1965-ci il) 47 yaş
58. Tərtər RİH-nin başçısı- Ceyhun Cəfərov (1 dekabr 1965-ci il) 47 yaş
59. Tovuz - Tofiq Zeynalov (17 iyul 1944-cü il) 68 yaş
60. Ucar RİH-nin başçısı -Yaşar Məmmədov (1956) 56 yaş
61. Yardımlı RİH-nin başçısı – Sevindik Hətəmov ( 7 aprel 1963-cu il) 49 yaş
62. Yevlax RİH-nin başçısı- Qoca Səmədov (13 oktyabr 1959-cu il) 53 yaş
63. Zəngilan RİH-nin başçısı –Ramiz Həsənov (7 aprel 1960-cı il) 52 yaş
64. Zaqatala RİH-nin başçısı Mübariz Əhmədzadə (15 yanvar 1947-ci il) 65 yaş
65. Zərdab RİH-nin başçısı- Lütvəli Babayev (30 yanvar 1959-cu il) 53 yaş
66.Gəncə RİH-nin başçısı - Elmar Vəliyev (1960) - 52 yaş
67. Naftalan RİH-nin başçısı - Natiq Aslanov (1976) - 36 yaş

Bakının inzibatı rayonları:

1. Binəqədi RİH-nin başçısı- Xaləddin İsgəndərov (1962-ci il) 50 yaş
2. Xəzər RİH-nin başçısı- Gülağa İslamov (19 dekabr 1948-ci il) 64 yaş
3. Xətai RİH-nin başçısı- Razim Məmmədov (21 iyun 1966-cı il) 46 yaş
4. Qaradağ RİH-nin başçısı- Süleyman Mikayılov (27 aprel 1962-ci il) 50 yaş
5. Nərimanov RİH-nin başçısı- Abdin Fərzəliyev (1967-ci il) 45 yaş
6. Nəsimi RİH-nin başçısı- Nəsib Məhəməliyev (11 fevral 1961-ci il) 51 yaş
7. Nizami RİH-nin başçısı- Tahir Budaqov (1 yanvar 1965-ci il) 47 yaş
8. Sabunçu RİH-nin başçısı- Adil Vəliyev (20Aprel 1960-cı il) 52 yaş
9. Səbail RİH-nin başçısı- Asif Əsgərov (1966-cı il) 46 yaş
10. Suraxanı RİH-nin başçısı- İlqar Abbasov (12 fevral 1958) 54 yaş
11. Yasamal RİH-nin başçısı- İbrahimMehdiyev (1 aprel 1946-cı il) 66 yaş


Sonda maraqlı bir məqamı da diqqətə çatdırmaq istəyirik. Statistikadan belə çıxır ki, Azərbaycanda icra başçısı olmaq üçün tələb olunan göstəricilərdən biri də yaşın 40-ı keçməsi ilə bağlıdır. Görünür dünyada, eləcə də qonşu ölkələrdə az qala nazir vəzifəsinə təyinat alan şəxslər arasında 25 yaşı yenicə tamam olan adamları görəndə heyrətlənmək də bizim ölkə vətəndaşlarının taleyinə yazılıb.

Daha bir maraqlı məqamı da qeyd edək. Kəlbəcər rayonunun icra başçısı Vidadi Məhərrəmov Qafqazinfonun təvəllüdü ilə bağlı sorğusuna belə cavab verib: “Mən bunu icazəsiz deyə bilmərəm. Gərək Prezident Administrasiyasından icazə alam. Mən bilmirəm… Prezident təyin etdiyi gündən…”


Gülnar