Azərbaycanda dəhşətli yol qəzası - 3-ü qadın olmaqla 6 nəfər öldü + Fotolar

azerbaycanda-dehsetli-yol-qezasi
Oxunma sayı: 16450

Lənkəran rayonunun Gərmətük kəndi ərazisində “KaMAZ” markalı yük maşını ilə “Mitsubishi” markalı minik avtomobili toqquşub.

“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 4 nəfər ölüb, bir nəfər xəsarət alıb.

Ölənlər minik maşınında olan şəxslərdir. Onlardan üçünün qadın olduğu bildirilir.

Hazırda meyitlərin maşından çıxarılması üçün xilasedicilər tərəfindən tədbirlər görülür.

Xəsarət alan şəxs Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun azyaşlı olduğu deyilir.

***

Qəza nəticəsində 3-ü qadın, 3-ü kişi olmaqla 6 nəfər Ləj kənd sakinləri ölüb.

Bir azyaşlı oğlan və yük maşınının sürücüsü isə xəsarət alıb.
 
Ölənlər Faiq Aslanov, Fikrət Aslanov, Namiq Aslanov, Xanımgül Aslanova, Mərziyyə Aslanova və Məsmə Aslanovadır. Onlar minik maşınının sərnişinlərdir.  Yaralılar və ölən şəxslərin meyitləri FHN-in xilasediciləri tərəfindən deformasiyaya uğramış avtomobildən çıxarılıb.
 
Yük maşınının sürücüsü, Lerik rayon sakini, 1987-ci il təvəllüdlü Natiq Təvəkkül oğlu Cəfərov və 7 yaşlı Ülvi Faiq oğlu Aslanov yaralanıb.