Cüdo millimizin AÇ üçün son heyəti bəlli oldu

cudo-millimizin-ac-ucun-son-heyeti-belli-oldu
Oxunma sayı: 486

Aprelin 16-19-da Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında keçiriləcək Avropa çempionatında Azərbaycanı təmsil edəcək yekun heyət bəlli olub.

“Qafqazinfo” xəbər verir ki, mötəbər turnirdə 11 çəki dərəcəsində 15 cüdoçu (9 kişi və 6 qadın) mübarizə aparacaq.

Qeyd edək ki, yarışda 46 ölkədən 404 cüdoçu (229 kişi və 175 qadın) 14 dəst medal uğrunda qüvvəsini sınayacaq.

Kişilər

60 kq

Balabəy Ağayev
Əhməd Yusifov

66 kq

Turan Bayramov

73 kq

Hidayət Heydərov

81 kq

Zelim Tçkayev
Ömər Rəcəbli

90 kq

Murad Fətiyev

100 kq

Zelim Kotsoyev

+100 kq

Kənan Nəsibov

Qadınlar

48 kq

Könül Əliyeva
Şəfəq Həmidova

52 kq

Leyla Əliyeva
Gültac Məmmədəliyeva

70 kq

Südabə Ağayeva

+78 kq

Madina Kaisinova