Azərbaycanda dəhşətli yol qəzası - 7 nəfər öldü+ Foto + Yenilənib

azerbaycanda-dehsetli-yol-qezasi
Oxunma sayı: 14596

Sentyabrın 26-da axşam saatlarında İsmayıllı rayonunun Topçu kəndində dəhşətli yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, “Opel Zafira” və “Prado” markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində “Opel”in içərisində olan 7 nəfər ölüb.

Dünyasını dəyişənlər arasında uşaqlar da var.

“Prado”nun “Gilan” şirkətinə məxsus olduğu qeyd olunur.

Faktla bağlı araşdırma aparılır.

***

Qəza nəticəsində ölənləri adları müəyyənləşib.  

“Qafqazinfo” APA-ya istinadən qəza nəticəsində ölənlərin siyahısını təqdim edir:
1964-cü il təvəllüdlü Abbasov Rahim Sərkər oğlu
1978-ci il təvəllüdlü Bayramov Ruzigar Məmməd oğlu
1977-ci il təvəllüdlü Kərimov Yaşar Kamal oğlu 
1998-ci il təvəllüdlü Kərimli Rufanə Yaşar qızı