Azərbaycanda ər keçmiş arvadını bazarda öldürdü

azerbaycanda-er-kecmis-arvadini-bazarda-oldurdu
Oxunma sayı: 11430

Gəncə şəhərində bazarda qətl hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, şəhər sakini, 1984-cü il təvəllüdlü Qafar Amanov bir müddət öncə ayrıldığı həyat yoldaşı 1990-cı il təvəllüdlü Gülay Amanovanı bıçaqlayıb.

Hadisə "Gəncə səbəti" deyilən bazarda baş verib. Nəticədə G.Amanova vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Murad Əhməd