Azərbaycanda gün ərzində ikinci zəlzələ oldu - Yenilənib

azerbaycanda-gun-erzinde-ikinci-zelzele-oldu
Oxunma sayı: 12791

Azərbaycanda zəlzələ olub.

"Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə çoxsaylı paylaşımlar edilib.

Məlumata görə, yeraltı təkanlar Bakı, Sumqayıtla yanaşı bir sıra bölgələrdə də hiss olunub.

***

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata  görə, zəlzələ yerli vaxtda saat 16:46-da Pirquludan 20 kilometr cənubda, Şamaxı ərazisində baş verib. Maqnitudası 5,1, dərinliyi 42 kilometr olub.

***

Azərbaycanda gün ərzində ikinci zəlzələ olub.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən "Qafqazinfo"ya verilən məlumata görə, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ yerli vaxtla saat 16:48-də Pirqulu stansiyasından 14 km cənubda Şamaxı ərazisində qeydə alınıb.