Azərbaycanda istirahət mərkəzində növbəti faciə - 10 yaşında öldü...

azerbaycanda-istirahet-merkezinde-novbeti-facie
Oxunma sayı: 684

Xudat şəhəri, Müqtədir qəsəbəsində 10 yaşlı uşaq hovuzda boğulub.

“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, Tovuz rayon sakini 2007-ci il təvəllüdlü Bədirov Nihat  Xəyal oğlu istirahət mərkəzlərinin birinin hovuzunda çimərkən boğulub.
 
Azyaşlının meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Meyit müayinədən keçirilməsi üçün Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna gətirilib.
 
Fakt araşdırılır.