Azərbaycanda koronavirusla bağlı son vəziyyət

azerbaycanda-koronavirusla-bagli-son-veziyyet
Oxunma sayı: 1395

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 29-na olan statistik göstəriciləri açıqlayıb.

"Qafqazinfo" xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 4 934 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 289 603 test aparılıb.

Xatırladaq ki, bu gün Azərbaycanda 230 yoluxma faktı qeydə alınıb, 2 nəfər dünyasını dəyişib, 103 pasiyent sağalıb.