Azərbaycanda məmur intihar etdi - Borcu olub+Yenilənib

azerbaycanda-memur-intihar-etdi
Oxunma sayı: 1162

Şəkidə bələdiyyə sədri özünü asıb.
 
"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, Şəkinin Qoxmuq kənd bələdiyyəsinin sədri Fətəli Lütfəli oğlu Rüstəmovun meyiti kənd ərazisində köhnə tikilidə asılmış vəziyyətdə tapılıb. 1971-ci il təvəllüdlü F. Rüstəmov evli olub, iki övladı var. 

Onun hansı səbəbdən intihar etdiyi məlum deyil. 

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət içi başlayıb, araşdırma aparılır. 

***

Qoxmuq kənd icra nümayəndəsi İlqar Həsənov kənd bələdiyyəsinin sədri Fətəli Lütfəli oğlu Rüstəmovun intiharı barədə danışıb.

Ölkə.az-ın verdiyi məlumata görə, icra nümayəndəsi mərhumun borcunun olduğunu söyləyib: “İnsan kimi insan, yoldaş kimi yoldaş idi. Ağlımıza gəlməyən vəziyyətdir, şokdayıq. Amma axırıncı axşam atasına deyib ki, bir az borcu var. Günün yetmiş faizini bir yerdə olmuşuq. Bunun ora-bura çıxmağı da olmurdu. Ancaq borcun məbləğindən xəbərimiz yoxdur”.