Azərbaycanda namizədin vəkili seçkidən sonra məntəqədə öldü

azerbaycanda-namizedin-vekili-seckiden-sonra-menteqede-oldu
Oxunma sayı: 8369

Azərbaycanda deputatlığa namizədin vəkili seçkidən sonra məntəqədə vəfat edib. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hadisə bu gün saat 19:45 radələrində Göygöl rayonu, Mollacəlilli kəndində yerləşən məntəqədə baş verib.

Vəkil, 1954-cü il təvəllüdlü Gəncə sakini, Hacıyev Sübhan İsrafil oğlu ürəktutmadan məntəqədə vəfat edib. 

Murad Əhməd