Azərbaycanda özəl qurumlar da məhkəmə ekspertizası həyata keçirə biləcək

azerbaycanda-ozel-qurumlar-da-mehkeme-ekspertizasi-heyata-kecire-bilecek
Oxunma sayı: 1295

“Dövlət məhkəmə ekspetizası fəaliyyəti haqqında” qanun layihəsinə  dəyişikliklər edilməsi təklif olunur. “Qafqazinfo” xəbər verir ki, sözügedən qanun layihəsinə təklif edilən dəyişikliyin mahiyyəti ilk növbədə, qanunun adı və preambulasında dəyişiklik edilərək məhkəmə ekspertizasının yalnız dövlət ekspertiza idarələri tərəfindən deyil, həmçinin özəl qurumlar tərəfindən həyata keçirilməsi nəzərdə tutur. 

Belə ki, qanunun 11-ci maddəsində göstərilən tələblərə cavab verən şəxs məhkəmə eksperti qismində fəaliyyət göstərmək üçün məhkəmə eksperti şəhadətnaməsini almalıdır. Dəyişikliklər müvafiq icra hakimiyyəti orqanı tərəfindən məhkəmə ekspertizası idarələrində fəaliyyət göstərən ekspertlərə dövlət məhkəmə eksperti şəhadətnaməsi, özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslərə isə özəl məhkəmə eksperti şəhadətnaməsinin verilməsini nəzərdə tutur. Şəhadətnamənin verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Şəhadətnamə almış şəxs barədə ətraflı məlumat müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərhal Məhkəmə Ekspertləri Reyestrinə daxil edilir. Şəxs yalnız şəhadətnamə aldıqdan və barəsində məlumat Reyestrə daxil edildikdən sonra məhkəmə eksperti qismində fəaliyyət göstərə bilər. 

Buna görə də Mülki Prosessual Məcəllədə özəl  məhkəmə ekspertizası sahibkarlıq fəaliyyəti növlərinə əlavə edilib. 

Bu qəbildən Ali Məhkəmə Plenumunun məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarının cinayət prosesini həyata keçirən orqanlar üçün tövsiyə xarakteri daşıması ilə bağlı normanın ləğvi və hüququnun tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyini təmin etmək məqsədilə Ali Məhkəmənin cinayət kollegiyasının müvafiq qərarında müəyyən edilmiş  hüquqi mövqenin məcburiliyi  ilə bağlı normanın Cinayət Prosessual Məcəlləyə əlavə edilməsi layihədə öz əksini tapıb.  Hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hallarına əlavə edilməsi təklif edilir. Bu normanın əlavə kassasiya qaydasında təqdimat, protest və şikayət verilə bilmək hallarına  da əlavə edilməsi təklif edilir. 

Günel Türksoy