Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı

azerbaycanda-xususi-karantin-rejiminin-muddeti-uzadildi
Oxunma sayı: 9665

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü il 2 oktyabr saat 06:00-dək uzadılır.

Qeyd edək ki, əvvəlki Qərarda bu müddət 1 iyula qədər nəzərdə tutulmuşdu.