Azərbaycanın tanınmış şirkəti - “NB Qrup” 15 illiyini qeyd edir

azerbaycanin-taninmis-sirketi
Oxunma sayı: 7725

Azərbaycan Kimya Sənayesi sahəsində uğurla fəaliyyət göstərən və dinamik surətdə inkişaf edən “NB Qrup”un 15 yaşı tamam olur. Bu münasibətlə şirkətin əməkdaşlarının, digər qrumların nümayəndələrinin iştirakı ilə yubiley tədbiri təşkil olunub. Çıxış edən “NB Qrup” ASC-nin sədri Ruslan Eyyubov cəmiyyətin fəaliyyət göstərdiyi bütün sahələrdə “Keyfiyyətli Azərbaycan brendi ”nin qoruyucusu və bu təminatı davamlı möhkəmləndirən şirkət kimi çalışıdığını vurğulayıb.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə “NB Qrup” ASC-nin bir qrup əməkdaşları göstərdiyi uğurlu fəaliyyətə görə medal və diplomlarla təltif ediliblər.

Sonra şirkətin fəaliyyətini əks etdirən film nümayiş olunub.

Qeyd edək ki, 2004-cü ildən fəaliyyətə başlayan “NB Qrup” Azərbaycanın kimya sənayesi sahəsində fəaliyyət göstərən şirkət olaraq, inşaat malları kateqoriyasından boya məhsulları, sement və gips əsaslı inşaat qarışıqlarının, alkid, polimer kimi sənaye əhəmiyyətli yarım məhsulların, kimyəvi məişət məhsulları seriyasından isə qatı və maye sabun, təmizləyici vasitələr, plastik və metal qabların istehsalını həyata keçirir. “NB Qrup”un strategiyası yüksək səviyyəli və yüksək keyfiyyətli yerli istehsal brendləri formalaşdıraraq, müştərilərinin tələblərinə cavab vermək, bu istiqamətdə ölkə iqtisadiyyatının aparıcı qüvvələrindən biri olmaqdır. “NB Qrup” təkcə istehsal sahəsində dəyər yaratmır, həm də qiymətli və peşəkar kadrları ilə birgə uğurlu kadr dəyəri yaradaraq, korporativ idaretmə, sosial məsuliyyət istiqamətində də seçilən və öz xəttini qoruyan şirkət mövqeyində durmağı nəzərdə tutur.

“NB Qrup” bütün fəaliyyətini beynəlxalq standartlar, Keyfiyyətin Təmin olunması, Ətraf Mühitin və Ekologiyanın qorunması, Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik İdarəetmə Sisteminin tələblərinə uyğun qurub. Şirkətin “Azpol” və “Corella” brendləri insaat sektorunun liderlərindəndir.

Şirkət hər il ənənəvi olaraq müxtəlif yerli və beynəlxalq sərgilərdə öz brendləri ilə təmsil olunur.