“Qarabağ”ın müdafiəçisi Sami Mmae cəzalandırılıb.
“Qafqazinfo” xəbər verir ki, belçikalı futbolçu Əvəzedicilər liqasındakı davranışına görə buna məruz qalıb.
O, 21-ci turda “Sabah-2” ilə görüşün 43-cü dəqiqəsində hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə alaraq meydandan qovulub.
Buna görə, Mmae 1 oyunluq cəzalandırılıb “Qarabağ-2” 250 manat cərimələnib.
Qeyd edək ki, Sami Mmae intizam qaydalarını pozduğu üçün “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov onu əsas heyətdən qovub.
Son xəbərlər
Son Xəbərlər