FIFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycan yığması 4 pillə irəliləyib.
Ötən ay 128-ci olan komandamız 1136.67 əmsalla hazırda 124-cüdür.
Siyahıya 1877.32 əmsalla Fransa yığması başçılıq edir. İspaniya seçməsi 2-ci, son dünya çempionu Argentina isə 3-cü yerdədir.
İngiltərə, Portuqaliya, Braziliya, Niderland, Mərakeş, Belçika və Almaniya müvafiq olaraq növbəti pillələrdə yer alıblar.
Ötən gün Kosovonu məğlub etməklə DÇ-2026-ya vəsiqə qazanan Türkiyə millisi 1599.04 xalla 22-ci yerdədir.
Son xəbərlər
Son Xəbərlər