Azərbaycanla İƏT arasında ticarət dövriyyəsi 4 milyarddan çoxdur

azerbaycanla-iet-arasinda-ticaret-dovriyyesi-4-milyarddan-coxdur
Oxunma sayı: 717

“Azərbaycan ilə İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələri arasında ticarət dövriyyəsi 4 milyard dollardan çox təşkil edir”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Azərbaycan Kənd təsərrüfatı naziri İnam Kərimov İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin kənd təsərrüfatı nazirlərinin 6-cı iclasında bildirib.

Nazir qeyd edib ki, Azərbaycan İƏT-i regional əməkdaşlığın vacib platforması hesab edir: “İƏT ölkələri ilə Azərbaycan bir sıra sahələrdə həmçinin kənd təsərrüfatı sahəsində də uğurlu əməkdaşlıq qurub. Biz etibarlı tərəfdaşlarımız olan FAO, BMT, Dünya Bankı ilə İƏT ölkələrinin iştirak etdiyi regional layihələr həyata keçirmişik. Bu layihələr ölkələrimizdə kənd təsərrüfatı sahəsinin inkişafına müsbət təsir göstərir. Aqrar sektorda 7 faizdən çox artım qeydə alınıb. Azərbaycanda kənd təsərrüfatı sahəsi inkişaf edir. O cümlədən, gənc kadrların kənd təsərrüfatı sahəsinə marağı artırılmalıdır. Gənclərimizi bu sahəyə cəlb edə bilməsək, qida təhlükəsizliyini də təmin edə bilməyəcəyik. Fermerlər bu sahədə potensial görməlidir”.

Tədbirdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ECO-ya üzv ölkələrin Regional Aqrar Tədqiqatlar və İnnovasiya Mərkəzinin (ECO-RARiN) yaradılması ilə bağlı təşəbbüs irəli sürülüb.

Günel Hacı