“Azərbaycanla İran arasındakı gərginliyin azalmasının tərəfdarıyıq” - Zaxarova

azerbaycanla-iran-arasindaki-gerginliyin-azalmasinin-terefdariyiq
Oxunma sayı: 1382

“Rusiya Azərbaycanla İran arasındakı gərginliyi siyasi və diplomatik üsullarla azaltmağın tərəfdarıdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu cümə axşamı keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Biz Azərbaycan və İran arasındakı gərginliyin azaldılmasının tərəfdarıyıq. Əminik ki, yaxın qonşuluq münasibətləri olan bu iki dövlətə aid olan bütün məsələlər yalnız siyasi və diplomatik üsullarla həll olunacaq. Yalnız bu yolla fikir ayrılıqlarını aradan qaldırmaq olar", - deyə Zaxarova bildirib.

Onun sözlərinə görə, Moskva, öz növbəsində, Cənubi Qafqazdakı bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üçün səy göstərir:

"Bu işin, əlbəttə ki, İran da daxil olmaqla, bölgədəki bütün ölkələrin maraqlarını nəzərə almalı olduğu qənaətindəyik".