Azərbaycanla Norveçin fərqi- - 36 milyon 300 min+Fotolar

azerbaycanla-norvecin-ferqi-
Oxunma sayı: 3143


“Qafqazinfo” xəbər verir ki, fanat.az  hər iki komandanın ümumi dəyərini hesablayıb. “Transfermarkt”ın futbolçulara qoyduğu qiymətlərlə aparılan hesablamalara görə, Azərbaycan millisinin ümumi dəyəri 6 milyon 800 min avro təşkil edir.

Yığmamızın ən dəyərli oyunçuları kapitan Rəşad Sadıqovla “Karlsruher”in hücumçusu Dmitri Nazarovdu. Hər iki futbolçuya 650 min avro qiymət qoyulub. Onları 500 min avro ilə Rahid Əmirquliyevlə Kamran Ağayev izləyir. Millimizin iki üzvünə - Bədavi Hüseynovla Rəşad Eyyubova qiymət qoyulmayıb.

Norveç millisinin ümumi dəyəri isə 43 milyon 100 min avrodu. Rəqibin ən bahalı futbolçusu Havard Nordtveit hesab olunur. Ona 6 milyon 500 min avro qiymət qoyulub. Tarik Elyunussinin 4 milyon 500 avro qiyməti var. Onları 3 milyon 500 min avro ilə Per Kiljan Skyelbred və Aleksander Tettey izləyir.

Qeyd edək ki, Azərbaycan millisinə 25, Norveç yığmasına 24 futbolçu çağırıb. İki komandanın ümumi dəyəri arasında 36 milyon 300 min avro fərq var.