Azərbaycanlı alim dünyasını dəyişdi

azerbaycanli-alim-dunyasini-deyisdi
Oxunma sayı: 4293

Şərqşünaslıq elmləri doktoru, professor Vilayət Cəfərov 81 yaşında dünyasını dəyişib. 

"Qafqazinfo" xəbər verir ki, Vilayət Cəfərov AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin müdiri vəzifəsində çalışıb.

Bakı Dövlət Universiteti, Qafqaz Universiteti və Təfəkkür Universitetlərində pedoqoji fəaliyyətlə məşğul olub.

1965-1967-ci illərdə Yəməndə, 1978-1981-ci illərdə İraqda tərcüməçi işləyib.

Vilayət Cəfərov AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda “dünya ədəbiyyatı” üzrə fəaliyyət göstərən Müdafiə Şurasının üzvü, Seminar Komissiyasının sədri olub.

Allah rəhmət eləsin!