Azərbaycanlı alimin oğluna Ukraynada yüksək vəzifə verildi

azerbaycanli-alimin-ogluna-ukraynada-yuksek-vezife-verildi
Oxunma sayı: 4333

Ukraynanın Baş prokuroru Ruslan Ryaboşapka Krım Muxtar Respublikasının prokuroru vəzifəsini daşıyan Gündüz Məmmədovu özünə yeni müavin təyin edib.

“Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, Baş Prokuror bununla bağlı bu gün əmr verib.

Qeyd edək ki, Gündüz Məmmədov 1974-cü ildə azərbaycanlı alim Aydın Məmmədovun ailəsində doğulub. Hüquq elmləri namizədi olan Gündüz Məmmədov 1996-cı ildən Odessa vilayətinin Primorsk rayon prokurorluğunda işləyir. 2012-2013-cü illərdə Kiyev vilayət prokurorluğunda çalışıb. 2014-cü ildə Odessanın prokuroru təyin olunub. 2016-cı ildən isə Krım Muxtar Respublikasının prokuroru kimi çalışır.