Rusiyanın NTV kanalının azərbaycanlı aparıcısı İradə Zeynalova ikinci dəfə ərə gedib.
“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, 44 yaşlı aparıcı hərbi jurnalist Aleksandr Yevstiqneyev ilə nikah bağlayıb.
Məlumatı Rusiya KİV-lərində ailənin yaxın dostu Marqarita Simonyan təsdiqləyib.
Qeyd edək ki, cütlük iki ildir ki, eşq yaşayır. Hər ikisi əvvəl evli olub. Belə ki, Yevstiqneyev Natalya Ustyuqova ilə ailəli olub, boşanıb.
Zeynalova isə Aleksey Samolyotov ilə 10 il ailəli olub və ötən il ayrılıb. Onun Teymur adlı oğlu var.



Son xəbərlər
Son Xəbərlər