Azərbaycanlı biznesmen erməni arvadıyla İŞİD-ə qoşuldu

azerbaycanli-biznesmen-ermeni-arvadiyla-isid-e-qosuldu
Oxunma sayı: 8411

28 yaşlı Moskva sakini Mariya Samoylovanın atası qızının azərbaycanlı əri ilə birgə İŞİD-ə qoşulduğunu iddia edərək polisə ərizə ilə müraciət edib.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Azərbaycandan olan biznesmen Yuri İsmayılovla müsəlman adətləri ilə evlənən və rəsmi nikahı olmayan Mariya, ərinin qohumlarının yaşadığı Azərbaycana gedəcəyini bildirsə də, ondan iki aydır xəbər yoxdur. 

Lakin Rusiya ilə qonşu ölkə olan Azərbaycana Türkiyədən keçib getmək fikri Mariyanın atası Artur Mkrtumyanda şübhələr yaradıb. Artur qızının əri ilə İŞİD-ə qoşulduğunu deyir.

Mariyanın anası isə keçmiş ərinin qızı ilə bağlı səsləndirdiyi ittihamları qəbul etməyib. O, əmindir ki, qızı həqiqətən də Azərbaycandadır, bir müddət sonra əlaqə saxlayacaq. Qızının islamı qəbul etdiyini desə də, Mariyanın anası onda və ərində hər hansı şübhəli davranış aşkar etmədiyini bildirib.