Azərbaycanlı futbolçu “Spartak”ın əsas heyətindən qovuldu

Azərbaycanlı futbolçu “Spartak”ın əsas heyətindən qovuldu
Oxunma sayı: 1728

Rusiyanın “Spartak” klubu azərbaycanlı futbolçusu Ayaz Quliyevi ikinci komandaya göndərib. “Qafqazinfo” xəbər verir ki, buna səbəb yarımmüdafiəçinin komandadaxili nizam-intizam qaydalarını pozmasıdır. 

O, komandanın fiziki hazırlıq üzrə məşqçisi Vladimir Çipzanoviçlə mübahisə edib. Bir neçə dəfə məşqçinin tapşırıq verməsinə baxmayaraq 24 yaşlı futbolçu deyilənlərə əməl etməyib. 

Onun mövsüm sonunda icarəyə göndəriləcəyi bildirilib. 

Aylıq maaşı 5,6 milyon rubl (132 min 804 manat) maaş alan oyunçunun bir neçə variantı var. 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi